Gürcüstanın xarici ticarət dövriyyəsi 10 ayda 16 % artıb | Banco.az

Gürcüstanın xarici ticarət dövriyyəsi 10 ayda 16 % artıb

Müəllif: Mehin Qasımova/Banco.az

Bu ilin yanvar-oktyabr aylarında Gürcüstanın xarici ticarətinin həcmi 17,7 milyard dollar təşkil edib ki, bu da 2022-ci ilin analoji göstəricisindən 16,2% çoxdur.

Banco.az xəbər verir ki,  bu barədə Gürcüstanın  Milli Statistika Xidməti məlumat yayıb.

İxrac 5,1 milyard dollar (artım 12,5%), idxal 12,6 milyard dollar (artım 17,8%) təşkil edib. Mənfi ticarət saldosu 7,5 milyard dollar təşkil edib ki, bu da ümumi ticarət dövriyyəsinin 42,6%-nə bərabərdir. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et