Oktyabrda Gürcüstanın valyuta ehtiyatları 57 milyon ABŞ dolları məbləğində azalıb.
Bu barədə Gürcüstan Milli Bankının veb-səhifəsində xəbər verilib.
Bankın məlumatında bildirilib ki, oktyabrın 31-nə ölkənin valyuta ehtiyatları 3 milyard 95 milyon dollar olub. Xarici valyutada olan ehtiyatların həcmi 2 milyard 894 milyon dollar təşkil edib. Sentyabrın 30-da isə ölkənin valyuta ehtiyatları 3 milyard 152 milyon dollar olmaqla ölkə tarixində ən yüksək həddə çatıb.
Beynəlxalq Valyuta Fondunun məlumatına görə, Gürcüstanın valyuta ehtiyatları minimal həddən də aşağıdır.
© Azərtac