Gürcüstanın sığorta bazarı 19% geriləyib | Banco.az

Gürcüstanın sığorta bazarı 19% geriləyib

2014-cu ilin yanvar-iyun aylarında Gürcüstanın siğorta şirkətləri 248,1 mln. lari  və ya (143,2 mln. dollar) məbləğində siğorta haqqı yığıb. Bu əvvəlki ilin eyni dövrünə nisbətən 19,2% azdır. Məlumata görə, bu barədə Gürcüstan  Sığorta Nəzarəti Dövlət Xidmətindən bildirilib.

Məlumatda bildirilir ki, siğorta yığımlarının 57,4% -i tibbi siğorta müqavilələri üzrə olub- bu siğorta növü üzrə 142,3 mln. lari toplanıb. Yerüstü nəqliyyat vasitələrinin siğortası  (33,4 mln. lari, 13,5%) 2-ci yerdədir. Daha sonra  əmlak siğortası  (25,4 mln lari, 10,2%), həyat siğortası (11,7 mln. lari, 4,7%), mülki məsuliyyət siğortası - 9,5 mln. lari. (3,8%)  gəlir.
Siğorta şirkətləri arasında yığımların həcminə görə lider "BCI Aldaqi" SC olub- 77,7 mln. lari (ümumi siğorta haqlarının 31,3% -i). İkinci yeri "GPI holdinq" SC (71,8 mln. lari, 28,9%),  üçüncü yeri isə "İRAO" MMC (24,1 mln. lari, 9,7%) tutub.
Siğorta ödənişlərinin həcmi 34,7% azalaraq 184,8 mln. lariyə düşüb.
Məlumata görə, siğortaçıların ümumi aktivləri 2014-ci ilin 1-ci yarısında 5,5% artaraq 522 mln. lariyə, öhdəlikləri 19,2% artaraq 345 mln. lariyə,  kapitalları isə 41,1%  artaraq 177 mln. lariyə çatıb.
Siğorta şirkətlərinin məcmu xalis mənfəəti cari ilin yanvar-iyun aylarında 10,3 mln. lari təşkil edib ki, bu da 2013-ci ilin yanvar-iyun ayları ilə müqayisədə  58,5% çoxdur.
Ümumiyyətlə, 2013-cu ildə Gürcüstan siğortaçıları 471,15 mln. lari məbləğində siğorta haqqı toplayıb ki, bu da ötən illə müqayisədə 8,6% azdır. Siğorta ödənişlərinin həcmi 2012-ci ildə 46,4% artaraq 387,6 mln. lariyə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et