Gürcüstanın iqtisadiyyat naziri Azərbaycana səfər edəcək | Banco.az

Gürcüstanın iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnavanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 17-də Azərbaycana işgüzar səfər edəcək.

İkigünlük səfər çərçivəsində N.Turnava bir sıra ikitərəfli görüşlər keçirəcək.

Görüşlərdə Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq. Həmçinin Gürcüstan-Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın növbəti iclasına hazırlıq məsələləri də nəzərdən keçiriləcək.

report.az