Gürcüstanın iqtisadi sferada əsas tərəfdaşları məlum olub | Banco.az

Gürcüstanın iqtisadi sferada əsas tərəfdaşları məlum olub

Müəllif - Aida İsaq, Banco.az

Rusiya bu ilin yanvarında Gürcüstanın əsas ticarət tərəfdaşı olub. 

Banco.az xəbər verir ki, 2023-cü ilin ilk ayında ölkələr arasında ticarət dövriyyəsi 263,6 milyon dollara çatıb. Gürcüstanla ticarət dövriyyəsinə görə Rusiya Federasiyası uzun illərdən sonra ilk dəfə Türkiyəni ötüb. Yanvarda Gürcüstan və Türkiyə arasında ticarət dövriyyəsi 196,1 milyon dollar təşkil edib. Azərbaycan da Gürcüstanın əsas ticarət tərəfdaşları reytinqinin üçlüyünə daxil olub. Ölkələr arasında ticarət dövriyyəsi 120,4 milyon dollar təşkil edib.

Ümumilikdə, cari ilin yanvar ayında Gürcüstanda xarici ticarət dövriyyəsi 1 461,8 milyon dollara çatıb ki, bu da 2022-ci ilin yanvar ayı ilə müqayisədə 29,1% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et