Gürcüstanın Azərbaycana ixracı 3%-dək azalıb | Banco.az

Gürcüstanın Azərbaycana ixracı 3%-dək azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsinin dəyəri 214 milyon 349 min dollara bərabər olub.

Banco.az Gürcüstan Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, ötən ay Gürcüstandan Azərbaycana ixracın dəyəri 95 milyon 76 min dollar təşkil edib. Bu da illik müqayisədə 2,7% azdır. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 9,3%-ni təşkil edib.

2025-ci ilin eyni dövründə bu ölkədən Azərbaycana ixracın dəyəri 97 milyon 763 min dollar olub. 

Azərbaycandan idxal isə 119 milyon 271 min dollara bərabər olub. Bu isə illik müqayisədə 1,7% artım deməkdir. 2025-ci ilin eyni dövründə bu göstərici 117 milyon 283 min dollar təşkil edirdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram