Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsinin dəyəri 970 milyon 687 min dollara bərabər olub.
Banco.az Gürcüstan Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, ötən 9 ayda Gürcüstandan Azərbaycana ixracın dəyəri 529 milyon 944 min dollar təşkil edib. Bu da illik müqayisədə 2,6% azdır. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 10.3%-ni təşkil edib.
2024-cü ilin yanvar-sentyabr ayında bu ölkədən Azərbaycana ixracın dəyəri 544 milyon 231 min dollar olub.
Gürcüstandan idxal isə 440 milyon 743 min dollara bərabər olub. Bu isə 2024-cü ilin 9 ayına nisbətdə 6,4% artım deməkdir. Ötən ilin eyni dövründə bu göstərici 414 milyon 292 min dollar təşkil edirdi.
Bizi sosial şəbəkələrdən izləyin!!