Gürcüstandan Azərbaycana pul köçürmələrinin sayı artıb | Banco.az

Gürcüstandan Azərbaycana pul köçürmələrinin sayı artıb

Ötən ay Gürcüstandan Azərbaycana müxtəlif elektron pulköçürmə sistemləri ilə 906,6 min dollar pul köçürülüb.

Bu, 2015-ci ilin oktyabr ayı ilə müqayisədə 390,9 min dollar və ya 75,8% çoxdur. Sentyabr ayı ilə müqayisədə oktyabr ayında Gürcüstandan ölkəmizə pul axını 350,5 min dollar və ya 63,03% artıb.

Ümumiyyətlə, hazırda bu ölkədən Azərbaycana köçürülən pulun Gürcüstandan xaricə köçürülmüş pul vəsaitlərində xüsusi çəkisi 5,09%-ə bərabərdir.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ay Azərbaycandan Gürcüstana 1 225 min dollar pul göndərilib ki, bu da 2015-ci ilin oktyabr ayına nisbətən 115,6 min dollar və ya 8,62% azdır. Bu ilin sentyabr ayı ilə oktyabr ayını müqayisə edəndə məlum olur ki, ötən ay Azərbaycandan Gürcüstana pulköçürmələrin həcmi 128,5 min dollar və ya 11,72% artıb.

Ümumiyyətlə, bu ilin 10 ayının nəticələrinə görə, Azərbaycandan bu ölkəyə köçürülən vəsait ümumi pul köçürməsinin 1,2%-ni təşkil edib.

Mənbə: APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et