Müəllif: Gülnar Əhmədli, Banco.az
Gürcüstandan fiziki şəxslər tərəfindən cari ilin yanvar-sentyabr aylarında Azərbaycana 26 milyon 574 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,8% azdır. Ötən ilin eyni dövründə bu məbləğ 26 milyon 789 min dollara bərabər olub.
Qeyd edək ki, 9 ayda Gürcüstandan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 3,1% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!