Müəllif: Gülnar Əhmədli, Banco.az
Gürcüstandan fiziki şəxslər tərəfindən cari ilin yanvar-sentyabr aylarında Azərbaycana 26 milyon 789 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ili müvafiq dövrü ilə müqayisədə 24.4% (5 milyon 262 min dollar) çoxdur.
2022-ci ilin 9 ayında bu məbləğ 21 milyon 527 min dollar olub.
Qeyd edək ki, cari ilin 9 ayında Gürcüstandan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 2.1% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!