Gürcüstandan Azərbaycana ixrac edilən ətin qiyməti artıb | Banco.az

Gürcüstandan Azərbaycana ixrac edilən ətin qiyməti artıb

2023-cü ildə Gürcüstan Azərbaycana 19,241 milyon ABŞ dolları dəyərində 5 169,23 ton canlı iribuynuzlu mal-qara ixrac edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, ötən il Azərbaycana ixrac edilən məhsulun dəyəri illik ifadədə 3, 724 milyon dollar və ya 16,2%, çəkisi isə 2 529,62 ton və ya 32,85% azalıb.

2022-ci ildə Gürcüstan Azərbaycana 22,965 milyon dollar dəyərində 7 698,85 ton canlı iribuynuzlu mal-qara ixrac edib.

Ötən il Gürcüstanın Azərbaycana ixrac etdiyi canlı iribuynuzlu mal-qaranın hər bir tonuna çəkilən xərc illik müqayisədə 740 dollar və ya 24,8% bahalaşaraq 3,72 min dollar təşkil edib. 2022-ci ildə isə bu, 2,98 min dollar təşkil edib.

apa

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram