Gürcüstanda orta maaş 400 dollara yaxınlaşıb | Banco.az

Gürcüstanda orta maaş 400 dollara yaxınlaşıb

Bu ilin I rübündə Gürcüstanda orta aylıq nominal əməkhaqqı illik müqayisədə 4,4 % artaraq 1 256,2 lari (397 ABŞ dolları) təşkil edib.

Bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Sənədə əsasən, yanvar-martda ən yüksək maaş 2 448,5 lari (775 dollar) olmaqla maliyyə və sığorta sahəsində müşahidə edilib.

Əməkhaqlarının yüksək olduğu digər üç sektor informasiya və kommunikasiya (2 159,8 lari/683 dollar), peşə, elmi və texniki fəaliyyət (1 798.9 lari/569 dollar) və tikintidir (1 664,5 lari/526 dollar).

Hesabat dövründə Gürcüstanda kişilərin orta aylıq maaşı 1 473,4 lari (466 dollar), qadınlarınkı isə 1 029,9 lariyə (325 dollar) bərabər olub. Kişilərin əməkhaqqısında ötən ilin eyni dövrünə nisbətdə 49,5 lari, qadınlarınkında isə 62,5 lari artım qeydə alınıb. İqtisadiyyatın əksər sahələrində kişilərin aylıq maaşı qadınlarla müqayisədə yüksək olub.

Məlumat üçün bildirək ki, bu ilin I rübündə Azərbaycanda orta aylıq əmək haqqı 713 manat və yaxud təxminən 420 ABŞ dolları, yanvar-aprel aylarında isə 722 manat və yaxud 425 ABŞ dolları təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et