Gürcüstanda işsizlikdən sığorta təxirə salınıb | Banco.az

Gürcüstanda işsizlikdən sığorta təxirə salınıb

Gürcüstan hökuməti ölkədə işsizlikdən sığorta sisteminin yaradılacağını bəyan etsə də, hələlik bu sahədə işlərə başlanmayıb. Gürcü mətbuatına istinadən yayılan məlumata görə, işsizlikdən sığorta mövzusunu ilk dəfə Gürcüstanın səhiyyə naziri Amiran Qamkrelidze gündəmə gətirib. O, yeni sığorta proqramının əhəmiyyətini vurğulayaraq bu istiqamətdə müzakirələrin tezliklə başlayacağını bildirmişdi. Amma təxminən 2 il keçsə də, işsizlikdən sığorta ilə bağlı işlərə başlanmayıb. Gürcüstanın Səhiyyə Nazirliy yanında Əmək və sosial siyasət departamentinin rəhbəri David İvanidzenin sözlərinə görə, hökumət hazırda digər vacib məsələlərlə məşğuldur, buna görə də sığorta mövzusu gündəmdə deyil: “Amma bu o demək deyil ki, biz işsizlikdən sığorta məsələsindən imtina etmişik” – deyə nazirlik rəsmisi bildirib.

Gürcüstanın həmkarlar ittifaqları konfederasiyası işsizlikdən sığortanın tətbiqinə ehtiyac görür. Qurumun sədr müavini Qoçi Aleksandriyanın sözlərinə görə, insan iş yerini itirəcəyi halda tamamilə pulsuz qalmamalıdır: “Biz bu barədə çoxdan danışsaq ki, hələ ki, sığorta məsələsi ilə heç kim məşğul olmur. işsizlərə pul ödənilməsi məsələsinə tədricən baxılacaq”.

Ən sərfəli kredit üçün müraciət et

Gürcüstanın sığortaya nəzarət xidmətinin rəsisi Laşi Nikoladze isə bildirib ki, hazırda  yerli sığorta şirkətlərinin işsizlikdən sığorta kimi məhsulu yoxdur: “Bu daha çox sosial məsələdir və sığorta biznesi üçün prioritet deyil. Yalnız iş yeri ilə əlaqədar götürülmüş kreditin sığortalanması var. Yəni, müştəri kredit götürün sonra iş yerini itirərsə, sığorta şirkəti 6 ay ərzində borcu bağlamalıdır. Bu məhsul kifayət qədər məşhurdur və ona böyük tələbat var”.

Dünya təcrübəsində isə işsizlikdən sığorta geniş yayılmış məhsuldur və müxtəlif ölkələrdə müxtəlif formalarda tətbiq olunur. Məsələn, ABŞ-da sığorta ödənişi 6 ay ərzində verilir. Avropada isə bu müddət 2 ildən 4 ilə qədərdir. Kompensasiyanın məbləği müştərinin maaşından asılı olaraq dəyişir. Əgər sığortalı işdən könüllü çıxarsa, ona ödəniş düşmür.

fins.az