Gürcüstanda işsizlik səviyyəsi 15,3%-ə düşüb | Banco.az

Gürcüstanda işsizlik səviyyəsi 15,3%-ə düşüb

Müəllif:Mehin Qasımova/Banco.az

2023-cü ilin dördüncü rübündə Gürcüstanda işsizlik səviyyəsi 15,3%-ə düşüb.

Banco.az xəbər verir ki, bu Gürcüstanın Milli Statistika Xidmətinin təqdim etdiyi məlumatlarda öz əksini tapıb.

Milli Statistika Xidmətinin məlumatına görə, 2023-cü ilin dördüncü rübündə Gürcüstanda işsizlik səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7% azalaraq 15,3% təşkil edib. 2023-cü ilin dördüncü rübündə keçən ilin müvafiq dövrü ilə müqayisədə muzdla işləyənlərin sayı 74,3 min nəfər və ya 8,4% artaraq 958,4 min nəfərə, özünüməşğulluqla məşğul olanların sayı isə 6,6 min nəfərə düşüb.

Kişilər arasında işsizlik səviyyəsi ənənəvi olaraq qadınlardan daha yüksəkdir. 2023-cü ilin dördüncü rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qadınlarda bu göstərici 0,3 faiz , kişilər arasında isə 1,0 faiz azalaraq müvafiq olaraq 16,8 faiz təşkil edib.

2023-cü ilin dördüncü rübündə bu göstərici qadınlar üçün 44,3%, kişilər üçün isə 65,9% təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə qadınlar arasında işçi qüvvəsində iştirak səviyyəsi 1,6 faiz, kişilər arasında isə 1,9 faiz artıb.

Georgiastat-ın məlumatına görə, 2023-cü ilin dördüncü rübündə keçən ilin müvafiq dövrü ilə müqayisədə məşğulluq səviyyəsi qadınlar arasında 1,5%, kişilər arasında isə 2,2% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram