Gürcüstanda iqtisadi artım azalıb | Banco.az

Gürcüstanda iqtisadi artım azalıb

Ötən ay Gürcüstanda 4,7% iqtisadi artım qeydə alınıb.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

Bu ilin ilk 5 ayı ərzində orta iqtisadi artım 4,9% təşkil edib.

Aprel ayı ilə müqayisədə qonşu ölkə iqtisadiyyatı 0,4% azalıb.

May ayında Gürcüstanda daşınmaz əmlak, kirayə və biznes fəaliyyəti, ticarət, mehmanxana və restoranlar sektorunda artım olub. İstehsal və tikinti sahələrində isə azalma qeydə alınıb. 

Report.az