Gürcüstanda illik inflyasiya 0,5% təşkil edib | Banco.az

Gürcüstanda illik inflyasiya 0,5% təşkil edib

Müəllif:Mehin Qasımova/Banco.az

Gürcüstanda 2024-cü ilin mart ayına inflyasiya 2023-cü illə müqayisədə illik 0,5%, ay ərzində isə fevral ayı ilə müqayisədə artım 0,01% təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.

Məlumata görə, mart ayında nəqliyyatın  (8,1%), malların və xidmətlərin (10,2%), spirtli içkilər və tütün məmulatlarının (4,5%), ərzaq və alkoqolsuz içkilərin (3,4%) qiymətləri əvvəlki ilin müvafiq dövrünə nisbətən bahalaşıb. 

Gürcüstan Milli Bankı 2024-cü ildə inflyasiyanın hədəf 3% ətrafında qalacağını proqnozlaşdırıb.Ona görə də ilin əvvəlindən yenidən maliyyələşdirmə dərəcəsini tədricən aşağı salmağa başlayıb. Yanvarda əsas göstərici 9,5% idisə, indi onun həcmi illik 8,25% təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et