Gürcüstanda bəzi yanacaqdoldurma məntəqələrində dizel yanacağının qiyməti artıb.
Dizelin qiyməti 2-6 tetri arasında bahalaşıb.
Benzinin qiymətində isə dəyişiklik qeydə alınmayıb.
Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi dizelin bahalaşmasını son günlər beynəlxalq bazarda yanacağın qiymətinin artması ilə əlaqələndirib.
Report.az