Gürcüstan yanacaq idxalını 7,7% azaldıb | Banco.az

Gürcüstan yanacaq idxalını 7,7% azaldıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan 676,8 min ton benzin və dizel yanacağı idxal edib.

Bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinin məlumatında bildirilib.

İllik müqayisədə yanacaq idxalında 56,4 min ton və ya 7,7% azalma qeydə alınıb.

Hesabat dövründə qonşu ölkə 349,1 min ton benzin, 327,7 min ton dizel yanacağı tədarük edib. Benzin və dizelin həcmi illik müqayisədə müvafiq olaraq 3,7% və 11,6% azalıb.

Ən sərfəli kredit üçün müraciət et

İlin ilk səkkiz ayı ərzində Rusiya Gürcüstanın ən əsas yanacaq tədarükçüsü olub. Rusiyadan idxal olunan benzin və dizelin həcmi 197,4 min ton təşkil edib.

Qonşu ölkə Rumıniyadan 190,5 min ton, Azərbaycandan 122,4 min ton, Türkmənistandan 69,6 min ton, Bolqarıstandan 60,3 min ton, Yunanıstandan 35,4 min ton benzin və dizel yanacağı alıb. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et