Gürcüstan Mərkəzi Bankı bu gün keçirdiyi iclasda uçot dərəcəsini 6,75%-dən 7%-ə qaldırıb.
"Investing.ru" saytına istinadən xəbər verilir ki, buna səbəb inflyasiyanın sürətlənməsi göstərilib.
Mart ayında aylıq müqayisədə Gürcüstanda 0,5% deflyasiya qeydə alınsa da, illik inflıyasiya 5,4%-ə çatıb. Qeyd edək ki, ötən ilin analoji dövründə illik inflyasiya 4,1% təşkil edib.
Gürcüstan Mərkəzi Bankının növbəti iclası iyun ayının 14-də keçiriləcək. "Report" xəbər verir ki, son 2 həftədə Gürcüstan milli valyutası - lari ABŞ dolları ilə müqayisədə 3% ucuzlaşıb və hazırda məzənnə 3,44 GEL/USD-yə çatıb.
Mənbə: Report.az