Gürcüstan turizmdən rekord gəlir əldə etdi | Banco.az

Gürcüstan turizmdən rekord gəlir əldə etdi

Müəllif:Mehin Qasımova/Banco.az

Gürcüstanın beynəlxalq turizmdən əldə etdiyi gəlir ötən il rekord həddə - 4,1 milyard dollara çatıb ki, bu da 2022-ci ilin göstəricisini 17,3% ötüb.

Banco.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Administrasiyası məlumat yayıb.

Departamentin məlumatına görə, ötən il əcnəbi vətəndaşlar tərəfindən Gürcüstana turizm məqsədi ilə 4 milyon 669 min 467 səfər olub ki, bu da 2022-ci ilin göstəricisindən 27,8 faiz çoxdur. Ümumilikdə, ötən il Gürcüstanın qeyri-rezidentləri ölkəyə 7 milyondan çox səfər edib. İl ərzində bu rəqəm 30,3% artıb.

2023-cü ildə Gürcüstana ən çox səfər edən Rusiya vətəndaşları - 1,4 milyon nəfər olub. Bu, əvvəlki illə müqayisədə 30,5% çoxdur. İkinci yerdə Türkiyə vətəndaşları (1,3 milyondan çox), üçüncü yerdə 962 mindən çox Ermənistan və 217 mindən çox İsrail vətəndaşları gəlib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram