Gürcüstan-Rumıniya-Azərbaycan-Türkiyə arasındakı tranzit daşımalar müzakirə edilib | Banco.az

Gürcüstan-Rumıniya-Azərbaycan-Türkiyə arasındakı tranzit daşımalar müzakirə edilib

Gürcüstan Xarici işlər naziri David Zalkaliani ilə Rumıniya Xarici işlər naziri Romana Manesku arasında görüş olub. Görüşdə Gürcüstan-Rumıniya-Azərbaycan-Türkiyə dördlüyünün daşımalar və tranzit sahəsində qəbul etdiyi bəyannamə müsbət qiymətləndirilib və sənədin tətbiqi müzakirə edilib.

XİN başçıları ölkələr arasında yük trafikinin artırılması məsələsini də müzakirə ediblər.