Gürcüstan Milli Bankı avqustun 1-də valyuta hərracında 40 milyon ABŞ dolları satacaq.
Bu barədə bank məlumat yayıb.
Milli Bankdan bildirilib ki, müsbət daxili və xarici makroiqtisadi dinamikaya baxmayaraq, turizm və mənfi gözləntilər şokları fonunda hazırkı mübadilə məzənnəsi göstəricisi qiymətlərin sabitliyini təhlükə altında qoya bilər: “Bu riskin qarşısını almaq məqsədi ilə Milli Bank səlahiyyətində olan alətlərdən ardıcıl istifadəni məqsədəuyğun hesab edir”.
Milli Bank monetar siyasəti sərtləşdirəcəyini də istisna etməyib. Ehtiyac yaranacağı halda bank yaxın günlərdə də intervensiyalar həyata keçirəcək.
Qeyd edək ki, Gürcüstan Milli Bankının avqustun 1-nə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2, 9718 təşkil edir.
Report.az