Ötən ay Gürcüstan iqtisadiyyatı 5,1% artıb.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Bu ilin ilk 4 ayı ərzində orta iqtisadi artım 4,8% təşkil edib.
Mart ayı ilə müqayisədə isə qonşu ölkə iqtisadiyyatı 0,9% azalıb.
Aprel ayında ticarət, nəqliyyat, maliyyə sektoru, daşınmaz əmlak və xidmətlər sahəsində artım, tikinti və dağ-mədən sənayesində isə azalma qeydə alınıb.
Report.az