Gürcüstan faizi qaldırdı | Banco.az

Gürcüstan faizi qaldırdı

Gürcüstan Milli Bankı uçot dərəcəsini 1 faiz bəndi artıraraq 7,5%-dən 8,5%-ə qaldırıb.

Bu barədə bankın Monetar siyasət departamenti qərar qəbul edib.

Bu ilin sentyabrından etibarən Milli Bank inflyasiyanın təsirinin neytrallaşdırılması üzrə siyasətini sərtləşdirməyə başlayıb. Sərtləşdirmə mübadilə məzənnəsinə təsirlər aradan qaldırılana qədər davam etdiriləcək.

Bank cari iqtisadi və maliyyə bazarlarında prosesləri müşahidə etməyi davam etdirəcək və qiymətlərin sabitliyini təmin etmək üçün bütün mümkün alətlərdən istifadə edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Monetar siyasət departamentinin növbəti toplantısı dekabrın 11-də keçiriləcək.

Qeyd edək ki, qonşu ölkənin Milli Bankı uçot dərəcəsini sentyabrın 4-də 0,5 bənd artıraraq 7%-ə, sentyabrın 25-də isə yenidən 0,5 bənd artıraraq 7,5%-ə çatdırıb.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et