Gürcüstan buğda və arpa ixracına birillik qadağa qoyub | Banco.az

Gürcüstan buğda və arpa ixracına birillik qadağa qoyub

Bu gündən Gürcüstandan yerli istehsal olan buğda və arpanın ixracına qadağa qoyulub.

Hökumətin qərarı ilə qadağa 2023-cü ilin iyulun 1-dək qüvvədə olacaq.

Qərar Ukraynadakı müharibəyə görə ərzaq təhlükəsizliyi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar olaraq qəbul edilib.

Qeyd edək ki, Gürcüstan hər il təxminən 130 min ton buğda istehsal edir ki, bu da ölkə üzrə ümumi istehlakın yalnız beşdə bir hissəsidir. Arpaya gəlincə, builki mövsümdə qonşu ölkədə 60 min ton məhsulun yığılacağı gözlənilir.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et