Gürcüstan bu il Azərbaycandan 3 mlrd. kubmetrdən artıq qaz idxal edəcək | Banco.az

Gürcüstan bu il Azərbaycandan 3 mlrd. kubmetrdən artıq qaz idxal edəcək

Gürcüstan hakimiyyəti bu il Azərbaycandan qaz idxalını artırmaq niyyətindədir. Ümumi həcmin 3 mlrd. kubmetrdən çox olacağı gözlənilir.

Gürcüstan mətbuatının verdiyi xəbərə görə, bu, ölkənin təbii qaz üzrə dövlət balansında nəzərdə tutulub.

Məlumata görə, Gürcüstan bu il 3 mlrd. 217 mln. yanacaq idxal etməyi planlaşdırır. Bunun 200 mln. kubmetri Rusiyadan tədarük ediləcək.

Bildirilir ki, balansda 3 mlrd. 231 mln. kubmetr qazın istehlakı nəzərdə tutulub, bunun da 99%-i idxal olunacaq.

Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar- noyabr aylarında Azərbaycandan Gürcüstana 2,5 mlrd. kubmetr qaz ixrac olunub.

Ən sərfəli kredit üçün müraciət et

apa

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et