Gürcüstan Azərbaycandan nə alıb, nə satır? | Banco.az

Gürcüstan Azərbaycandan nə alıb, nə satır?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoyublar. Ötən il Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 2022-ci illə müqayisədə 15,5 % artaraq 1 milyard 515,981 milyon ABŞ dolları olub.

Banco.az Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu qonşu ölkənin illik ticarət dövriyyəsinin 7 %-ni təşkil edib.

Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 28,2 % artaraq 862,07 milyon ABŞ dolları (ümumi ixracın 14,2 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 2,1 % artaraq 653,911 milyon ABŞ dolları (ümumi idxalın 4,2 %-i) olub.

2023-cü ildə Gürcüstanın ümumi ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 12,5 % artaraq 21 milyard 529,008 milyon ABŞ dollarına çatıb. O cümlədən, qonşu ölkə ixracının dəyərini 9,1 % artıraraq 6 milyard 090,611 milyon ABŞ dollarına, idxalının dəyərini isə 14 % artaraq 15 milyard 438,396 milyon ABŞ dollarına çatdırıb. Son nəticədə Gürcüstanın xarici ticarətində 9 miyard 347,785 milyon ABŞ dolları mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 17,4 % çoxdur.

Qeyd edək ki, 2021-ci ildə Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 1,1 milyard dollardan çox olub. Bu da Gürcüstanın xarici ticarətinin 7,9 faizini təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Gürcüstan Azərbaycandan  əsasən neft qazları və digər qaz halında olan karbohidrogenlər, neft və neft məhsulları, sement, karbon polad çubuqlar, avtomobillər alır.
Azərbaycana isə əsasən, minik avtomobilləri, digər sənaye tütünü və sənaye tütün əvəzediciləri, Kağız, karton, sellüloz lifli pambıq və ya kətandan hazırlanmış qablar, qablaşdırılan dərman vasitələri, yük maşınları satır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et