Bu ilin doqquz ayı ərzində Gürcüstan Azərbaycandan 3 232,7 min dollar dəyərində 523,8 ton çay idxal edib.
İllik müqayisədə qonşu ölkənin Azərbaycandan aldığı çay həcm baxımdan 17,8%, dəyər baxımından isə 21,2% çoxdur.
Hesabat dövründə Gürcüstan Azərbaycandan 8 355,9 min dollar dəyərində 20 046,8 ton qənd və saxaroza idxal edib. Bu qida məhsulunun həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 175 dəfədən çox artıb.
Report.az