Günün menecment məsləhəti: Peşakar emaillər yazın | Banco.az

Günün menecment məsləhəti: Peşakar emaillər yazın

Sizi professional biri kimi təqdim edən emaillər yazın.

Yazdığınız elektron məktubun daşıdığı marka dəyəri haqqında nə zamansa düşünmüsünüz? Düşünməyə dəyər. Sizin göndərdiyiniz hər bir elektron məktub sizin şəxsi və şirkət brendinə təsir edir. Düzgün təəssürat yaratmaq üçün əmin olun ki, yazdığınız email aşağıdakı tələblərə cavab verir.

  • Yalnız sizə lazım olan auditoriyaya ünvanlansın: Yadda saxlayın ki, göndərdiyiniz hər məktub kiminsə elektron poçt qutusundə məkan tutur. Ümumiyyətlə bəzi məktubların məzmunu heç də hər kəs tərəfindən oxunmaq üçün nəzərdə tutulmayıb. Ona görə də "hər kəsə cavabla" və "CC" düymələrindən qənaətlə istifadə edin.
  • Bir-başa və qəti olmaq (hədəfə vurmaq). Məzmun nə qədər vacib olsa da, yadda saxlayın ki, yetkin insanların öz diqqətini cəmləməsi sadəcə 8 saniyə davam edir. Həddindən uzun emaillər isə əsas hədəfdən uzaq düşür. Ona görə də məktubun məğzini lakonik izah etməyi bacarmaq lazımdır. 
  • Aydın yazmaq. Lakoniklik fikir dolaşıqlığına səbəb olmalı deyil, nə qədər qısa yazsanız belə çalışın ki, yazdığınız asan anlaşılan olsun və sətirləriniz ikili məna daşımasın. Kontekstin anlaşılması üçün kritik əhəmiyyət daşıyan informasiyaları ixtisar etməyin.

Daha ətraflı: How to Make Sure Your Emails Give the Right Impression

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et