Bu gün biz sizə Visa Electron/Maestro katrı haqqında məlumat verəcəyik. Bunlar ən populyar kartlardır. Onların köməyi ilə siz həm Azərbaycanda, həm də xaricdə elektron terminallarla təchiz olunmuş mərkəzlərdə və mağazalarda malların və xidmətlərin haqqını ödəyə bilərsiniz. Sizin hesabınıza fiziki və hüquqi şəxslərdən nağdsız köçürmələr həyata keçirmək, eləcə də əməkhaqqı köçürmək olar. Visa Electron/Maestro kartları adətən vətəndaşların müəyyən sosial kateqoriyaları üçün, məsələn, tələbə və gənclər üçün nəzərdə tutulmuş kartlardır.
Visa Electron
Dünya üzrə üzərində Visa loqotipi olan istənilən yerdə istifadə etmək olar. “Visa Electron” kartı müəyyən seqmentlərə, məsələn tələbə və gənclərə, məhdud gəlirli müştərilərə və ilk dəfə kart əldə edən istehlakçılara doğru istiqamətlənir. “Visa Electron” kartları üzrə avtorizasiyanın aparılmasının tələb olunması bu kartı bankın yeni müştərilərinə təqdim edilməsi və ödəniş kartından yeni istifadə edən müştərilər baxımından daha əlverişli edir.
Mastercard Maestro
Üzərində Maestro logosu olan Mastercard Maestro kartları gündəlik hesablaşmalar üçün ən əlverişli kartlardır. MC Maestro kartı alış-veriş üçün bankomatlar, mağazalar və onlayn rejimdə hesabınızda olan pul vasitəsilə ödənişlərin aparılmasında istifadə edə bilərsiniz.
Ölkəmizdəki əksər banklarsda bu kartlardan ən az biri vardır. Digər kartlarla müqayisə də qiymət baxımından ucuzdurlar. Təqdim etdiyimiz cədvəldə siz bankların Visa Electron/Maestro plastik kartlar üçün təyin etdikləri tariflərlə tanış ola bilərsiniz. Vurğulamaq istərdim ki, göstərilən qiymətlər sıradan vətəndaşlar üçün nəzərdə tutulub və nağdlaşdırma komisyon dərəcəsi bankların öz bankomatlarından çıxarış zamanı tutulan faiz dərəcəsidir.
Bank |
Kart adı |
Xidmət haqqı |
Müddət |
Nağdlaşdırma |
İlkin mədaxil |
AccessBank |
Visa Electron / Maestro |
8-12-15 azn |
1-3 il |
1% |
Zəruri deyil |
AFB Bank |
Visa Electron / Maestro |
15 azn |
1 il |
1% |
Zəruri deyil |
AGBank |
Visa Electron / Maestro |
12 azn |
1 il |
1% |
Zəruri deyil |
Amrahbank |
VİSA Electron |
10-18-25 azn |
1-3 il |
1% |
Zəruri deyil |
Mastercard Maestro |
12-20-30 azn |
1-3 il |
1% |
Zəruri deyil |
|
ASB Bank |
Prestige/Extra Debit Card |
5 azn |
3 il |
pulsuz |
Zəruri deyil |
Atabank |
Visa Electron / Maestro |
10-15-25 azn |
1-3 il |
1% |
Zəruri deyil |
AtraBanK |
Visa Electron |
10-18-25 azn |
1-3 il |
1% |
Zəruri deyil |
Azər-Türk Bank |
Mastercard Maestro |
12 azn |
1 il |
1% |
Zəruri deyil |
Bank Avrasiya |
Visa Electron / Maestro |
yoxdur |
2 il |
1% |
20 azn |
Bank of Azerbaijan |
Mastercard Maestro |
10 azn |
1 il |
1% |
Zəruri deyil |
Bank of Baku |
Visa Electron / Maestro |
7-12-18 azn |
1-3 il |
1% |
Zəruri deyil |
Bank Respublika |
Visa Electron |
yoxdur |
3 il |
1% |
100 azn/50 azn |
Bank Silk Way |
Visa Electron / Maestro |
15-20-30 azn |
1-3 il |
0,80% |
Zəruri deyil |
Bank Technique |
Visa Electron / Maestro |
8-15-21 azn |
1-3 il |
0,50% |
Zəruri deyil |
Beynəlxalq Bank |
Visa Electron / Maestro |
10-19-28 azn |
1-3 il |
1% |
Zəruri deyil |
BTB Bank |
Visa Electron |
10-15-20 azn |
1-3 il |
1% |
Zəruri deyil |
Deka Bank |
Visa Electron |
15 azn |
1 il |
1% |
Zəruri deyil |
Dəmirbank |
Visa Electron / Maestro |
yoxdur |
3 il |
1% |
100 azn/usd/eur |
Expressbank |
Visa Electron / Maestro |
6-10-14 azn |
1-3 il |
1% |
Zəruri deyil |
Kapital Bank |
Visa Electron / Maestro |
10-15-20 azn |
1-3 il |
1% |
Zəruri deyil |
Kredo Bank |
Visa Electron |
20-30-45 |
1-3 il |
1% |
Zəruri deyil |
Muğanbank |
Visa Electron |
10 azn |
1 il |
1% |
Zəruri deyil |
NBC Bank |
Visa Electron |
20-30-40 |
1-3 il |
1% |
Zəruri deyil |
Mastercard Maestro |
10-20-30 |
1-3 il |
1% |
Zəruri deyil |
|
Nikoil Bank |
Visa Electron / Maestro |
yoxdur |
1 il |
1% |
200 azn |
Parabank |
Visa Electron |
5 azn |
1-3 il |
1% |
Zəruri deyil |
Qafqaz Inkişaf Bankı |
Visa Electron |
15-25-35 azn |
1-3 il |
1% |
Zəruri deyil |
Rabitəbank |
Visa Electron |
10 azn |
1 il |
1% |
Zəruri deyil |
United Credit Bank |
Visa Electron |
15-30-45 azn |
1-3 il |
1% |
Zəruri deyil |
VTB Bank |
Visa Electron |
5-8-10 azn |
1-3 il |
1% |
Zəruri deyil |
Xalq Bank |
Visa Electron / Maestro |
10 azn |
1 il |
1% |
50 azn |
Zaminbank |
Visa Electron |
10 azn |
1 il |
1% |
Zəruri deyil |
Cədvəldən də göründüyü kimi, ən sərfəli xidməti ASB bank təqdim edir. ASB bank eyni zamandan öz bankomatından nağdlaşdırma zamanı faiz tutmayan yeganə bankdır.
Bank Respublika, Bank Avrasiya, Dəmir bank, Nikoil bank-da isə xidmət haqqı tələb olunmur, lakin ilkin mədaxil zəruridir. Xalq bankda isə əgər kart əmək haqqı məqsədilə istifadə olunmayacaqsa, xidmət haqqı ilə bərabər ilkin mədaxildə zəruridir.
Qeyd etmək istərdim ki, məlumatlar bankların rəsmi veb saytlarından və müştəri xidmətləri ilə əlaqə saxlanaraq hazırlanmışdır.
Hansı kartı seçib seçməməyinizdən asılı olmayaraq, arzu edirik ki, kartınızda pulunuz çox olsun :)