Günümüzün xəstəliyi - ONİOMANİYA | Banco.az

Günümüzün xəstəliyi - ONİOMANİYA

Alış-verişə olan bağlılıq taksit kartarının həyatımıza girməsilə daha da artmağa başlayıb.

Kənardan çox məsum bir məşğuliyyət kimi görünsə də, əslində bu bir səviyyədən sonra xroniki hal almağa başlayır.

ONİOMANİYA isə bu hala verilən addır.

Oniomaniya - şəxsin ehtiyacından əlavə idarəsizcə alış-veriş etməsidir.

Ümumiyyətlə insanlar alış-verişi sevərlər. Xüsusilə qadınlar üçün alış-veriş böyük bir istirahət vasitəsidir.

Alış-verişi sevməklə, alış-veriş xəstəliyi eyni şey deyil. Tərifdə də bildirdiyimiz kimi bunun xəstəlik sayıla bilməsi üçün "həddindən artıq" edilməli və düşünülməlidir.

Oniomaniya və ya Şopaqolik xəstəliyi 1900-cu ildə təyin olunmuşdur. Xəstəliyin tarixinin qədim olması bu barədə narahatlığın əvvəllər də olduğunu göstərir.

Bu gün müasir dünyanın yaratdığı istehlak mədəniyyəti insanları media vasitəsilə daha çox almağa və istehlak etməyə məcbur edir. Alış-veriş xəstəliyini qızışdıran cəlbedici reklamlar, narsist şüarlar, mövsüm kampaniyaları və kredit kartları alma impulsunu daha da artırır.

Alış-veriş etmək beyindəki xoşbəxtlik hormonu serotonin də artıma səbəb olur.

Alış-veriş xəstələri tipik olaraq; alış-veriş zamanı rahatlayar, lakin bir müddət sonra bir peşmanlıq hiss edərlər.

Şopaqoliklərin şkafları etiketi kəsilməmiş, bir dəfə belə geyilməmiş geyim və ya əşyalarla doludur.

Psixoloqlar deyir ki,şopaqoliklər alış-veriş zamanı transa (özünü itirmək) girirlər. Onlar üçün qiymət əhəmiyyətsiz olur ki, bu da satıcılara əl verir. Geyim seçərkən şopaqoliklər onun brend olmasına üstünlük verirlər.

Ən sərfəli kredit üçün müraciət et

Oniomaniyanın səbəbləri müxtəlifdir: uşaqlıqdan sahibolma vərdişi, valideynlərin uşaqlarına heç nədə imtina etməmələri və ya əksinə, ehtiyac içində böyümə. Qızların şopaqolik olmalarının daha bir səbəbi isə həyatın başqa sahələrində çatışmazlıqların (işdə, ailədə xoşbəxt olmayanda) məhz bu yolla doldurulmasıdır.

Oniomaniyanın əlamətləri bunlardır: əhvalı pozulanda ilk olaraq mağazaya yollanır; həmişə nəzərdə tutduqlarından çox pul xərcləyir; aldıqları şeylərin həqiqi qiymətini böyük ustalıqla gizlədirlər.

Oniomaniyanın müalicəsi elə də asan deyil. Bu yolda hətta psixoloqdan da kömək ala bilərsiniz.

Alış-verişdə bəzi qaydalara fikir verin:

  • Ehtiyac siyahısı hazırlayın.
  • Siyahıda olmayan heç bir şeyi almayın.
  • Bəzi mağazalar üçün əvvəldən büdcə hazırlayın. O mağazada xərcləyəcəyiniz məbləği əvvəldən təyin edin.
  • Ödəniş üçün sırada gözləyərkən gözünüzə ilişən bir şeyi almayın.
  • Sırf endirimdə olduğu üçün hər hansı bir şeyi dərhal satın almayın. 24 saat gözləyin və istəyinizi nəzərdən keçirin.
  • Mağazaya girdikdə birbaşa satın almaq istədiyiniz məhsulun olduğu hissəyə gedin.
  • Mail və ya mesajla gələn alış-veriş fürsəti mesajlarını dərhal silin oxumayın.
  • Satın almaq üçün məntiqli və ağıllı səbəblər tapmağa çalışmayın.
  • Kredit kartı sayını azaldın.
  • Mümkünsə nağd alış-veriş edin.

Ən sərfəli krediti almaq üçün müraciət et