Günəş və külək elektrik enerjisi istehsalında nüvəni ötüb | Banco.az

Günəş və külək elektrik enerjisi istehsalında nüvəni ötüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən il qlobal elektrik enerjisi istehsalında günəş və küləyin rolu daha da artıb.

Banco.az xəbər verir ki, Energetika İnstitutunun Kearney beynəlxalq məsləhət şirkəti ilə birlikdə hazırladığı hesabata görə, bərpa olunan enerjinin payı bütün dünyada əsaslı şəkildə artmaqda davam edir.

“Dünya Enerjisinin Statistik Qiymətləndirilməsi” hesabatı bu il Energetika İnstitutu tərəfindən beynəlxalq konsaltinq şirkətləri “Kearney” və “KPMG” ilə birgə nəşr edilib.

Hesabatda qlobal enerji tələbatındakı artımın 2022-ci ildə 1,1 faiz qeydə alındığı və bunun 2021-ci ildəki 5,5 faizlik artımla müqayisədə əhəmiyyətli bir ləngiməyə işarə etdiyi vurğulanıb. Beləliklə, 2022-ci ildəki artımla qlobal enerji tələbatı covid pandemiyasından əvvəlki səviyyədən 3 faiz artıqdır.

Bununla yanaşı, hesabatda qeyd olunub ki, sözügedən dövrdə bərpa olunan enerjinin payı əsaslı dərəcədə artmaqda davam edib. Ötən il günəşdən enerji istehsalı 25 faiz, küləkdən enerji istehsalı isə 13 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Hesabata görə, 2022-ci ildə qlobal elektrik enerjisi istehsalı 2,3 faiz artıb ki, bu da əvvəlki il qeydə alınan 6,2 faiz artımla müqayisədə əhəmiyyətli dərəcədə azalma deməkdir.

Bildirilib ki, ötən il hidroelektrik istehsalı 1,1 faiz artıb, nüvə enerjisi əsasında elektrik enerjisi istehsalı isə 4,4 faiz azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et