“Günəş enerjisinə investisiyalar neft xərclərini üstələyəcək” | Banco.az

“Günəş enerjisinə investisiyalar neft xərclərini üstələyəcək”

Müəllif: Tamara Mustafayeva, Banco.az

BEA-nın açıqlamasına görə, günəş enerjisinə qoyulan investisiyalar neft xərclərini üstələyəcək.

Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) “Dünya Enerji İnvestisiyaları” adlı hesabatına əsasən, qlobal enerji böhranına görə meydana gələn enerji təhlükəsizliyi narahatlıqları səbəbindən təmiz enerjiyə investisiya qoyuluşları qalıq yanacaq xərclərini üstələyir.

Hesabatda qeyd olunub ki, bu il 2,8 trilyon dollara çatacağı ehtimal edilən qlobal enerji investisiyalarının 1,7 trilyon dollarının bərpa olunan enerji, elektriklə işləyən nəqliyyat vasitələri, nüvə enerjisi, şəbəkə, anbar, aşağı emissiyalı yanacaqlar, səmərəlilik və istilik nasosları kimi təmiz texnologiyalara yönəldiləcəyi nəzərdə tutulur.

Həmçinin bildirilib ki, 2021-2023-cü illərdə təmiz enerji investisiyalarının illik 24%, qalıq yanacaq investisiyalarının isə 15% artacağı proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Təmiz enerji invetisiyalarındakı artımın 90 faizinin inkişaf etmiş iqtisadiyyatlara və Çinə istiqamətlənəcəyi düşünülür.

Bütün qlobal enerji və təmiz texnologiya investisiya qoyuluşları üzrə əsas istiqamətin isə gündəlik bir milyard dollardan çox olmaqla günəş enerjisi olacağı proqnozlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et