Günə 1 dollar xərcləyərək milyarder oldu | Banco.az

Günə 1 dollar xərcləyərək milyarder oldu

Milyarder olmaq üçün illərlə dünyanın naz-nemətlərinə həsrət qaldı, gün ərzində sadəcə 1 dollar xərcləməklə  dünyanın ən tanınmış zənginlərindən oldu. Kosmik sənaye məhsulları istehsal edən Speys-iks və Tesla şirkətinin  təsisçisi Elon Mask, uğurunun arxasında yatan sirri açıqlamaqla hər kəsi şoka salıb. Sən demə,  indi  15.4 milyard dollar sərvəti olan Elon, tələbəlik illərində  qəsdən qəpiyə güllə atıb.

Sənaye məhsulları istehsal etmək Elonun ağlına hələ yeniyetmə yaşlarında olarkən gəlib. Amma pulunun olmadığını, heç kimin ona bunun üçün pul verməyəcəyini anlayan gənc, öz puluna qənaət etmək qərarına gəlib. O, ən ucuz evdə kirayə qalıb,   bir aylıq yemək xərci üçün sadəcə  30  dollar ayırıb. Oxuduğu ali məktəbin yaxınlığında qalan Elon, yol pulu ödəmədiyindən, gün ərzində 1 dolları sadəcə yeməyə xərcləyib. Əlbəttə bu qədər az pula, çox yeməyin mümkün olmadığı  reallıqdır. Buna rəğmən sonadək dözən Elon, 1995-ci ildə Pensilvaniya universitetinə göndərilib. Burda isə o, Zip2 texnologiya məhsulları şirkətinin əsasını qoyub. Çox keçmədən o, bu şirkətlə  400 milyon dollarlıq satışa imza atıb.

Ən sərfəli kredit üçün müraciət et

Çəkdiyi əziyyətin bəhrəsini artıqlaması ilə görməyə başlayan Elon, elektriklə işləyən nəqliyyat vasitələri istehsal edən Tesla Motors və  kosmik sənayə məhsulları hazırlayan Speys-İks şirkətini yaratmaqla  bir anda dünyanın ən tanınmış zənginlərindən birinə çevrilib. İndi milyardlarla dollar qazanan bir o qədər də vergi ödəyən Elon, milyarder olmasının səbəbini, yaratdığı şirkətlərlə əlaqələndirmir. Deyir ki, bir vaxtlar gündə 1 dollar xərcləməklə kifayətlənməsəydi, indi gerçəkləşdirdiyi bütün planlar və büdcəsindəki pullar  xəyal olaraq qalacaqdı. 

atvxeber.az