Gündəlik tələbat mallarını əsasən haradan alırsınız? - ARAŞDIRMA | Banco.az

Gündəlik tələbat mallarını əsasən haradan alırsınız? - ARAŞDIRMA

Business Insight şirkəti “Həyat Tərzi” adı altında Azərbaycan ərazisində Mart (10.03.20-23.03.20) ayında növbəti araşdırmasını həyata keçirib. Məlum olub ki, gündəlik tələbat üçün alış-veriş yerləri əvvəlki illərlə müqayisədə insanların alış-veriş vərdişlərində dəyişiklik açıq-aşkar müşahidə olunur. Araşdırma da göstərir ki, Paytaxt sakinlərinin mütləq əksəriyyəti gündəlik tələbat məhsullarını supermarketlərdən almağa daha çox üstünlük verir (81%). Bu fakt onu göstərir ki, bir vaxtlar müxtəlif səbəblərdən alış-veriş üçün uzun məsafələr qət edərək uzaq supermarketlərə gedən insanlar, bu gün artıq istənilən məhsulu yaxınlarında yerləşən supermarketlərdən əldə edə bilirlər.

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən araşdırma nəticələri göstərir ki, Bakı şəhərindəki şəbəkə marketləri içərisində Bravo Supermartketlər şəbəkəsi paytaxt sakinləri arasında ən ucuz market kimi qavranılır. Maraqlı məqam isə odur ki, Azərbaycanda ilk “discount market” (endirimli market) şəbəkəsi olan OBA marketlər şəbəkəsi bu siyahıda üçüncüdür və gender baxımından OBA ən çox xanımlar tərəfindən ucuz market kimi qavranılır.

Ən sərfəli krediti almaq üçün müraciət et