Həsən Bədəlov “Günay Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsini icra edir. "Azər Türk Bank", "Azərbaycan Sənaye Bankı" və bir çox maliyyə təşkilatlarında geniş təcrübəyə malik olan Həsən Bədəlovun bioqrafiyası ilə daha yaxından tanış olaq:
O, 17 dekabr 1979-cu ildə dünyaya gəlib. Ailəlidir.
Təhsili:
- 1997-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə və Bank işi" üzrə ali təhsil alıb.
- 2001-2003-cü illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə və Bank işi" üzrə magistr təhsili alıb.
- 2003-cü ildən İqtisad Universitetinin "Maliyyə və Bank işi" üzrə Fəlsəfə elmləri doktorudur.
Peşəkar təcrübəsi:
- 2002-2004-cü illərdə Azər Türk Bank-da Daxili N�
Ən sərfəli kredit üçün müraciət et �zarət Bölməsinin mütəxəssisi vəzifəsini icra edib. - 2004-2008-ci illərdə Azər Türk Bank-ın "Metodologiya, Hesabatlılıq və Təhlil şöbəsi"nin direktoru kimi fəaliyyət göstərib.
- 2005-2008-ci illərdə Azər Türk Bank-da İdarə Heyətinin üzvü olub.
- 2008-ci ildən 2013-cü ilə qədər isə Azərbaycan Sənaye Bankı-nın İdarə Heyəti sədrinin müavini və eləcə də, İdarə Heyətinin üzvü vəzifələrində olub.
- Eyni zamanda H. Bədəlov 2010-2013-cü illərdə Bakı Fond Birjası-nın Nəzarət Heyətinin üzvü olub.
- 2013-2014-cü illərdə İntersun şirkətində bank, sığorta və pərakəndə sahələri üzrə maliyyə müşaviri, 2014-2015-ci illərdə isə Qafqaz İnkişaf Bankında müşavir kimi çalışıb.
- 2016-2017-ci ildən isə Günay Sığorta-nın Direktorlar Şurasının sədr müavini təyin edilib.
- 2017-ci ilin noyabrından isə Günay Sığorta-nın İdarə Heyətinin sədri vəzifəsini icra edir. Şirkətin rəsmi saytında isə Həsən Bədəlov sədr vəzifəzinin müvəqqəti icraçısı kimi göstərilib.