"Günay Sığorta"nın sabiq sədri sığorta agentliyi yaradır | Banco.az

"Günay Sığorta"nın sabiq sədri sığorta agentliyi yaradır

"Günay Sığorta" ASC-nin İdarə Heyətinin keçmiş sədri Qəmbər Suvanverdiyev sığorta agentliyi yaradır.

Bu barədə Q.Suvanverdiyev özü məlumat verib.

"Hazırda sığorta məhsullarının satışı ilə məşğul olacaq "Buta Sığorta Agentliyi" MMC-nin dövlət qeydiyyatına alınması ilə bağlı iş gedir. Paralel olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına da ilkin sənədləri təqdim etmişik. Çünki bu fəaliyyət növü xüsusi icazə, lisenziya tələb edir", - deyə Q.Suvanverdiyev qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Q.Suvanverdiyev "Günay Sığorta"ya qədər aktivlərini bu şirkətə satmış "Buta Sığorta" ASC-nin İdarə Heyətinə rəhbərlik edib.

Mənbə: Report.az