“Günay Sığorta”da yeni təyinat olub | Banco.az

“Günay Sığorta”da yeni təyinat olub

“Günay Sığorta” ASC-nin İdarə Heyətinə (İH) sədr müavii təyin edilib. Şirkətə istinadən xəbər verilir ki, söhbət Kənan Əskərovdan gedir.

Bununla da, “Günay Sığorta”nın İH-də təmsil olunan şəxslərin sayı 3-ə çatıb. Hazırda Şirkətin İH-nə Qəmbər Suvanverdiyev rəhbərlik edir. İH-nin üzvü isə Vüqar Rəcəbovdur.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Günay Sığorta" şirkəti 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 mln. manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya, 16,61%-i "Günay Bank" ASC-yə, 11,45%-i isə Xanım Nadir qızı Məmmədovaya məxsusdur.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et