“Günay Sığorta” ASC-nin səhmlərinin 16,61%-nə nəzarət edən “Günay Bank” ASC-nin və 11,45%-nə nəzarət edən Xanım Məmmədovanın payı adı çəkilən Bankın Müşahidə Şurasının sədri, həm də 51,13%-lik səhmdarı Mahmud Məmmədova keçib.
Bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verilir.
Son nəticədə M.Məmmədov “Günay Sığorta”da 28,06%-lik paya malik olub. İndiyədək Mahmud Məmmədov "Günay Sığorta"nın birbaşa səhmdarı deyildi.
Şirkətin səhmlərinin qalan 71,94%-i isə əvvəlki qaydada Yeganə Şirinovaya məxsusdur.
Xatırladaq ki, X.Məmmədova həm də “Günay Bank”da 2,31%-lik pay sahibidir.
Report.az