“Günay Bank”ın rəhbərliyində dəyişiklik olub | Banco.az

“Günay Bank”ın rəhbərliyində dəyişiklik olub

“Günay Bank” ASC-nin İdarə Heyətinin (İH) sədri Emin Ağayev vəzifəsindən azad edilərək bankın Müşahidə Şurasının (MŞ) üzvü təyin edilib.

İH-nə rəhbərlik isə müvəqqəti olaraq sədr müavini Zaur Əhmədova həvalə olunub. 

Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64 910 093 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 47,83 manat olan 1 357 100 səhm əsasında formalaşıb. Səhmlərin 50,81%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 38,94%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,31%-i Ceyran Ələsgərovaya, 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, yenə də 1,1%-i Əhəd Şirinova (MŞ-nın keçmiş üzvü), 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.

Ən sərfəli kredit üçün müraciət et

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et