"Günay Bank"ın rəhbərliyində dəyişiklik olub | Banco.az

"Günay Bank"ın rəhbərliyində dəyişiklik olub

Bankın Müşahidə Şurası və Audit Komitəsinə yeni üzvlər gətirilib

“Günay Bank” ASC-nin rəhbərliyində dəyişiklik olub.

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, Əmiraslanov İlham Atxan oğlu Müşahidə Şurasının üzvlüyündən çıxarılıb. Onun yerinə Leyla Abuzər qızı Nağıyeva Müşahidə Şurasının üzvü seçilib.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, Audit Komitəsinin tərkibində də dəyişiklik baş verib. Belə ki, Nağıyeva Leyla Abuzər qızı komitənin üzvlüyündən uzaqlaşdırılıb. Onun əvəzinə Rəcəbov Vüqar Oqtay oğlu təyin edilib.


Ən sərfəli krediti almaq üçün müraciət et