Günay Bank “MasterCard Platinium” kartlarını cəmi 35 manata təklif edir! | Banco.az

Günay Bank “MasterCard Platinium” kartlarını cəmi 35 manata təklif edir!

Günay Bank, bahar mövsümünün gəlişi ilə əlaqədar vətəndaşlarımız üçün “Novruz” kampaniyası olaraq, bir illik “MasterCard Platinium” kartlarını yarı qiymətinə - cəmi 35 manata təklif edir!

“Günay Bank”-ın “MasterCard Platinum” kartını əldə etməklə Siz aşağıda qeyd olunanları qazanırsız:

- bütün dünyada milyonlarla ticarət obyektində mal və ya xidmətin alınması üçün ödəniş etmək imkanı;

- istənilən ölkənin bankomatında istənilən valyutada nağd vəsait əldə etmək imkanı;

- məsafədən əməliyyatlar aparmaq (o cümlədən, MOTO əməliyyatları);

- ailə üzvlərinizə Sizin kart hesabınıza bağlı olan əlavə kartlar sifariş etmək;

-“MasterCard” təşkilatı tərəfindən Premium kartlar üçün keçirilən müxtəlif proqramlarda iştirak etmək imkanı;

Ən sərfəli kredit üçün müraciət et

- “Günay Bank”-ın imtiyazlı müştərisi olursunuz.

- “Lounge Key” xidməti – bu xidmət vasitəsilə kart istifadəçisi dünyanın 1000-dən çox hava limanlarında yerləşən VİP zallarına endirimli giriş hüququnu qazanır. Həmçinin, kart istifadəçisi özü ilə ailə üzvləri və ya tanışları VİP zalına dəvət edə bilər.

Kart sahibləri əlavə olaraq aşağıda qeyd edilən xidmətlərə pulsuz qoşulur;

- SMS banking,

- 3 D Secure,

- CİB mobil banking

Müddəti 07.03.2019-31.05.2019-cu ilə qədər olan Kampaniya yalnız ölkə vətəndaşları üçün  nəzərdə tutulmuşdur.

Qeyd: Nəzərinizə çatdırırıq ki, Bankın rəsmi internet səhifəsində bu kart barədə göstərilən məlumatlar kampaniya xidmətlərindən fərqlənə bilər.