“Günay Bank” digər banklarla birləşməkdən imtina edib | Banco.az

“Günay Bank” digər banklarla birləşməkdən imtina edib

“Günay Bank” "Atrabank" ASC və "Qafqaz İnkişaf Bankı" ilə birləşməklə bağlı planlardan imtina edib. Bunu Trend-ə "Günay Bank"ın İdarə Heyətinin sədri Emin Ağayev deyib.

Daha əvvəl banklar arasında öz aktivlərinin birləşdirilməsi ilə əlaqədar niyyət protoklu imzalanıb.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, bu, olduqca çətin və uzun prosesdir: “Bildiyiniz kimi Mərkəzi Bank "Atrabank" və "Qafqaz İnkişaf Bankı"ın lisenziyalarını geri çağırıb, bu da prosesi yubandırır". E.Ağayev qeyd edib ki, "Günay Bank" konsolidasiya üçün alternativ variantları hələ nəzərdən keçirmir: "Atrabank" və "Qafqaz İnkişaf Bankı"dan daha əvvəl digər banklarla birləşmə məsələsini müzakirə etmişik. Bəyan etmək istəyirəm ki, "Günay Bank" birmənalı olaraq Azərbaycanın bank bazarında qalacaq".