Günay Bank Bank üzrə kompensasiya alacaq vətəndaşları Baş Ofisində qarşılayacaqdır | Banco.az

Günay Bank Bank üzrə kompensasiya alacaq vətəndaşları Baş Ofisində qarşılayacaqdır

Günay BankAzərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanla əlaqədar bank üzrə kompensasiya ilə təmin olunacaq şəxslərin siyahısını tam təhlil etmiş və həmin şəxslərin bankın  Baş Ofisində qarşılanmasını nəzərdə tutmuşdur.

Ünvan və əlaqə nömrələri dəyişmiş şəxslərdən Bankın 1546 saylı Çağrı Mərkəzinə müraciət edib bu barədə məlumat verməsi xahiş olunur.

Ən sərfəli kredit üçün müraciət et

Məlum devalvasiyadan zərərçəkmiş hər bir vətəndaş AR Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi portala (pk.fimsa.az/az/kompensasiya) daxil olaraq,hesablanmış kompensasiya və restrukturizasiya barədə məlumat əldə edə bilər.

Nəzərinizə çatdırırıq ki,500 manataqədərməbləğ alan vətəndaşlar nəgd,daha çox miqdarda vəsait alan şəxslər isə ödəniş kartları vasitəsilə kompensasiya olunacaqlar.