Gümüşün qiyməti tarixi maksimumu yeniləyib | Banco.az

Gümüşün qiyməti tarixi maksimumu yeniləyib

Müəllif:Mehin Qasımova,Banco.az

Dünya əmtəə bazarlarında gümüşün qiyməti sürətlə artaraq yeni rekord səviyyələrə yaxınlaşıb.

Banco.az xəbər verir ki, Comex birjasının məlumatlarına görə, gümüşün bir troya unsiyasının qiyməti 99 dollara yaxınlaşıb.

Belə ki, gümüşün qiyməti 98,710 dollar səviyyəsinə yüksəlib. Bu, qiymətli metal üçün indiyədək qeydə alınan ən yüksək göstəricilərdən biridir.

Qeyd edək ki, bundan əvvəl — 22 dekabr tarixində gümüşün qiyməti tarixində ilk dəfə 96 dollar həddini keçmişdi.

Analitiklər gümüşün bahalaşmasını əsasən qlobal geosiyasi gərginliyin artması, investorların təhlükəsiz aktivlərə yönəlməsi və sənaye tələbatının güclənməsi ilə izah edirlər.

Mütəxəssislərin fikrincə, mövcud şəraitdə gümüşün qiymətinin yeni tarixi maksimumlara çatması ehtimalı yüksək olaraq qalır.