Gümüşün qiyməti 13 ildən sonra rekord həddə bahalaşdı | Banco.az

Gümüşün qiyməti 13 ildən sonra rekord həddə bahalaşdı

Gümüşün qiyməti  13 ildən sonra rekord həddə bahalaşıb.

Banco.az xəbər verir  ki, Nyu-York əmtəə birjasının tərkib hissəsi olan Comex birjasının məlumatına görə, 2025-ci ilin iyul ayında tədarük üçün gümüş fyuçerslərinin qiyməti 29 fevral 2012-ci ildən bəri ilk dəfə bir troya unsiyası üçün 37 dolları ötüb.

Eyni zamanda, qızıl bazarında da möhkəmlənmə müşahidə olunub: 2025-ci ilin avqustunda çatdırılma fyuçersləri 0,69% bahalaşaraq 1 troya unsiyası üçün 3353,5 dollara çatıb.