Grok 3 çatbotu bu gün təqdim ediləcək | Banco.az

Grok 3 çatbotu bu gün təqdim ediləcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask xAI-nin Grok 3 çatbotunun bazar ertəsi təqdim ediləcəyini söyləyib.

Banco.az xəbər verir ki, milyarder İlon Mask şənbə günü xAI-nin süni intellekt çatbotunun və ChatGPT-nin rəqibi olacaq Grok 3-ün bu gün Sakit okean vaxtı ilə saat 20:00-da canlı demo ilə canlı yayımlanacağını söyləyib.

Musk ötən həftənin əvvəlində Grok 3-ün inkişafının son mərhələsində olduğunu və təxminən bir və ya iki həftə sonra buraxılacağını söyləmişdi.

Qeyd edək ki, bu model əvvəlki versiyalara nisbətən daha yüksək məntiqi qabiliyyətlərə malikdir və mövcud rəqib çatbotları üstələdiyi iddia edilir. Grok 3 insan kimi mətn anlama və yaratma qabiliyyətini artırmaq üçün inkişaf etdirilib. İlon Mask bu modelin "qorxunc dərəcədə ağıllı" olduğunu və rəqiblərini üstələdiyini vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram