"Green Card" təsdiq kodunu itirənlər hansı yolla onu yenidən əldə edə bilər? | Banco.az

"Green Card" təsdiq kodunu itirənlər hansı yolla onu yenidən əldə edə bilər?

Müəllif - Aida İsaq, Banco.az

Bildiyiniz kimi, bütün dünyada məşhur olan “Green Card” müraciətlərinin cavabları açıqlanıb. Seçilib-seçilməməyinizlə bağlı nəticəni öyrənmək üçün qeydiyyatdan keçdiyiniz zaman sizə təsdiq nömrəsi təqdim olunur.

Banco.az xəbər verir ki, “Green Card”a müraciəti zamanı təqdim olunan təsdiq nömrəsi 16 rəqəmdən ibarətdir. Əgər bu nömrəni itirmisinizsə, narahatlığa ehtiyac yoxdur. Nömrənizi yenidən öyrənməyiniz mümkündür.

Beləliklə, bunun üçün əvvəlcə müvafiq rəsmi sayta daxil olaraq viza proqramı ilini seçin. Sonra, soyadınız, adınız, doğum tarixiniz və e-poçt ünvanınız kimi məlumatları qeyd edin. Daxil etdiyiniz məlumatlarda hər hansısa yalnışlıq yoxdursa, təsdiq nömrəniz görünəcəkdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et