"Green Card" alışı çətinləşdi | Banco.az

"Green Card" alışı çətinləşdi

ABŞ Yüksək Məhkəməsi Trampın "Green Card" alışını çətinləşdirən qərarına təsdiq edib. Yalnız ABŞ dövlətinə yük olmayanlara "Green Card" veriləcək.

ABŞ Yüksək Məhkəməsi, Prezident Donald Trampın rəhbərlik etdiyi hökumət tərəfindən qəbul edilmiş "ABŞ-ın yardımlarından asılı olacaq şəxslərin "Green Card" müraciətinin rədd edilməsi" qərarını təsdiqləyib. 

Qərar, ABŞ Yüksək Məhkəməsi üzvləri tərəfindən keçirilmiş səsvermədə 4-ə qarşılıq 5 səs ilə qəbul edilib. 

Qərara görə, ABŞ-da yaşamaq üçün "Green Card"a müraciət edən şəxslər, "ABŞ dövlətinə yük olub olmayacağı" maliyyə qiymətləndirməsindən keçiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin, daha əvvəl ABŞ-dan səhiyyə, kirayə və qida köməyi alan və ya gələcəkdə alacağı nəzərdə tutulan şəxslərə "Green Card" verilməyəcək.

"Green Card" müraciəti miqrasiya xidməti tərəfindən araşdırılacaq, müraciət edən şəxslər bir neçə maliyyə testindən keçiriləcəklər.

Tramp, ABŞ-a "Green Card" ilə gələn immiqrantların böyük əksəriyyətinin ucuz və ixtisassız işçilər olduğunu və onların Amerikan dəyərləri ilə uyğunlaşmadıqlarını bildirir. 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et