Grant Thornton dünyanın yeddinci ən böyük peşəkar xidmət şəbəkəsi olub, biznes, ictimai əhəmiyyətli qurumlar və dövlət sektoru təşkilatlarına vergi, audit və təminat, maliyyə məsləhəti xidmətləri göstərir.
Grant Thornton International Ltd 130-dan çox ölkədə nümayəndəlikləri və filialları vasitəsi ilə fəaliyyət göstərir. Şirkətin ümumi gəlirləri 2015-ci ildə 4.6 milyard dollar təşkil edib. 2500-dən çox üzv şirkətləri və nümayəndəlikləri, 42000-dən çox isə işçisi vardır.
Grant Thornton Azərbaycan şirkəti “Grant Thornton International Ltd” Şirkətinə üzv şirkətlərdən biridir. “Grant Thornton Azərbaycan” şirkəti bütün bazarlarda və sənaye sahələrində fəaliyyət göstərən inkişaf yönümlü, sahibkarlıq şirkətlərinə vergi, maliyyə rəyi və məsləhət xidmətləri göstərir.
“Grant Thornton”məhdud məsuliyyətli cəmiyyəti Azərbaycan Respublikasındakı filialı vasitəsi ilə peşəkar xidmətlər göstərir.
E-mail: [email protected]
Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır.
Kənar audit təsərrüfat subyektlərinin mühasibat uçotunun və maliyyə hesabatının düzgünlüyünü qiymətləndirmək məqsədi ilə auditor firmaları və sərbəst auditorlar tərəfindən müqavilə əsasında aparılır.
Grant Thornton Azərbaycan məhdud məsuliyyətli cəmiyyəti Azərbaycanda bir sıra bankların kənar auditini həyata keçirir və illik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq düzgün və ədalətli hazırlanıb hazırlanmamasını yoxlayır.
Grant Thornton audit şirkəti Azərbaycanda aşağıdakı bankların auditini həyata keçirir və göstərilmiş illərdə ardıcıl olaraq banklara audit xidməti göstərmişdir:
Bank |
Bank ilə ardıcıl olaraq çalışma müddəti |
Amrahbank |
2015 |
ASB Bank |
2013-2015 |